Şrift:
Ərdoğana qarşı terror aktının qarşısı alınıb
02.02.2015 [10:08] - Xəbərlər, Hadisə
Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğana qarşı terror aktının qarşısı alınıb.

"Milliyyət" qəzeti məlumat verir ki, bu gün yerli vaxtla saat 04:00-da Türkiyə Prezidentinin korteji gedərkən yaxınlıqdakı binalardan birinin həyətində iki partlayış baş verib.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları həmin ərazidə bir neçə partlayıcı qurğu aşkar ediblər.

Faktla bağlı araşdırma başlayıb. Partlayışlar nəticəsində xəsarət alanlar yoxdur.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed