Şrift:
ATƏT: Debaltsevoda birgə əlaqələndirilmə və nəzarət mərkəzi atəşə tutulub
03.02.2015 [00:36] - Gündəm, Hadisə
Fevralın 1-də Donetsk vilayətinin Debaltsevo şəhərində yerləşən atəşkəs rejiminə birgə əlaqələndirilmə və nəzarət mərkəzi atəşə tutulub.

İTAR-TASS agentliyinin məlumatına görə, ATƏT müşahidəçilərinin növbəti hesabatında belə deyilir.

“Ukrayna silahlı qüvvələrinin yüksək rütbəli generalı ATƏT müşahidəçilərinə məlumatı təsdiqləyərək bildirib ki, Debaltsevoda yerləşən qərargah bir neçə dəfə “Qrad” qurğularından atəşə tutulub. İnsident nəticəsində 4 nəfər yaralanıb”, sənəddə deyilir.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed