Şrift:
Türkiyədə təxliyə edilənlərin sayı 800-ə yaxınlaşır
05.02.2015 [00:24] - Gündəm, Hadisə
Təxliyə edilənlərin sayı ilə bağlı yeni məlumat əlavə olunub (ilk xəbər saat 17:27-də yayılıb)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Ədirnə vilayətində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 165 nəfər artaraq 783 nəfərə çatıb.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, güclü yağışlar nəticəsində vilayətin ərazisi ilə axan çaylar məcralarından çıxıb.

Bəzi rayonlarda sakinlərin təxliyəsi davam edir.

Daha əvvəl verilmiş məlumata əsasən, güclü külək səbəbindən Bursa vilayətində 3 nəfər ölüb və 110 nəfər xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed