Şrift:
Bakıda 6 ay öncə ana və qızını intihara sövq edən şəxs həbs edilib
07.02.2015 [10:46] - Gündəm, Hadisə
Bakıda 6 ay öncə ana və qızının intihar etməsi ilə bağlı ailə başçısı həbs olunub.

Avqustun 12-də Yasamal rayonu, Yeni Yasamal, ev 10, mənzil 107-də yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Fərzəliyeva və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva özlərini 9-cu mərtəbədən ataraq öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaq zamanı müəyyən olunub ki, avqustun 9-da ailənin kiçik qızı Aytən Fərzəliyeva yaşadığı ünvandan qaçıb. İbtidai istintaq zamanı A. Fərzəliyeva tapılıb.

Bu gün həmin cinayət işi üzrə ailənin başçısı Fərzəliyev Asəf Fərzəli oğlu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Yasamal Rayon Prokuorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed