Şrift:
Nəhəng balina sahilə çıxdı
13.02.2015 [00:12] - Gündəm, Hadisə
12 metr uzunluğunda nəhəng balina Danimarka sahillərinə çıxıb. Türkiyənin "Milliyyət" qəzetinin verdiyi məlumata görə, balina sahildə ölü vəziyyətdə tapılıb.

Balina Ətraf Mühit və Təbiətin Mühafizəsi Təşkilatının mütəxəssisləri tərəfindən öyrəniləcək.

Turistlər nəhəng heyvanı görmək üçün sahilə axın etməyə başlayıblar. Lakin araşdırma aparıldığından onların dəniz heyvanına yaxınlaşmasına icazə verilməyib.

Araşdırma başa çatdıqdan sonra balina zooparkdakı heyvanlara yem ediləcək.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed