Şrift:
Hindistanda qatarın qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, 150 nəfər xəsarət alıb
14.02.2015 [00:24] - Gündəm, Hadisə
Hindistanın cənubunda Xosure şəhərində sərnişin qatarının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, azı 150 nəfər xəsarət alıb.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, xəstəxanalara çatdırılan azı 34 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində xilasedici tədbirlər davam edir. İlkin ehtimala görə, qəzaya səbəb qatarın yoluna dağdan düşən qaya parçası olub.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed