Şrift:
Meksikada avtobus qatarla toqquşub, 16 nəfər ölüb, 30 nəfər xəsarət alıb
14.02.2015 [11:08] - Gündəm, Hadisə
Meksikanın şimal-qərb bölgəsində ağır yol qəzası qeydə alınıb.

Reuters agentliyinin verdiyi məlumata görə, sərnişin avtobusunun qatarla toqquşması nəticəsində azı 16 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı avtobusda 60 sərnişinin olduğu bildirilir. Faciəvi insident Nuevo-Leon ştatının Anauak şəhərində baş verib. Hadisənin səbəbləri hələlik bəlli deyil.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed