Şrift:
İtaliyanın Yəməndəki səfirliyi müvəqqəti fəaliyyətini dayandırıb
16.02.2015 [00:32] - Gündəm, Hadisə
Bu barədə məlumat İtaliya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumata görə, son günlər Yəməndəki gərginliklə bağlı paytaxt Sənada fəaliyyət göstərən diplomatik nümayəndəliyin əməkdaşlarının və səfirin İtaliyaya qayıtması ilə bağlı qərar qəbul olunub.

İtalya bu mövqeyini Yəməndə səfirliklərinin fəaliyyətini dayandıran bir sıra tərəfdaş ölkələrlə ortaq mövqedən çıxış etməklə əsaslandırıb.

Qeyd edək ki, artıq Böyük Britaniya, Fransa və ABŞ Yəməndəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıblar.
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed