Şrift:
Lenin ziyarətçilərini yeni kostyumda qarşılayacaq
17.02.2015 [00:27] - Gündəm, Hadisə
Mavzoleydə Vladimir Leninin cəsədinə yeni kostyum geyindirəcəklər.

"İnterfaks"ın verdiyi məlumata əsasən, bu və digər mütəmadi prosedurları yerinə yetirmək üçün mavzoley fevralın 16-dan aprelin 16-dək bağlı olacaq.

V.Lenini biokimya mütəxəssisləri geyindirəcəklər. Kostyumun dəyişdirilməsi bir neçə il ərzində bir dəfə baş verir.

Qeyd edək ki, "proletariatın rəhbəri" V.Leninin cəsədi 1924-cü il yanvarın 21-də mumiyalanıb.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed