Şrift:
ASALA XİN-ə kiber hücum etdi
19.02.2015 [14:04] - Hadisə, Özəl xəbər
http://www.aida.az 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb.

Nazirliyin mətbuat xidmətindən “DAVAM” Media Qrupuna daxil olan məlumata görə, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.

Səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib. “Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır”-deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed