Şrift:
İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib
23.02.2015 [00:11] - Xəbərlər, Hadisə
APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbulda Xocalı soyqırımını lənətləyən yürüş və mitinq keçirilib. Turançı Hərəkat Platformasının koordinatorluğu ilə keçirilən yürüş yürüş iştirakçıları yol boyu “Qarabağ Türkündür, Türkün qalacaq!”, “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarları səsləndiriblər.

Kadıköy meydanında keçirilən mitinqdə çıxış edən Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı ermənilərin 300 ildən bəri türklərə qarşı həyata keçirdikləri soyqırımlardan danışıb.

Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsi yad edilib.

Aksiya insidentsiz başa çatıb
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed