Şrift:
Azərbaycanda baş vermiş yanğınlar
26.03.2015 [11:25] - Gündəm, Hadisə
Gün ərzində Azərbaycanın paytaxtında və rayonlarında bir neçə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bir yanğın hadisəsi paytaxtda qeydə alınıb. Bakı şəhəri, Xəzər rayonunda transformatorun sarğıları və yağı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Daşkəsən rayonunda baş verib. Rayonun Qazaxyolçular kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 144 kv.m sahədə və evə bitişik ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Qusar rayonunda baş verib. Rayonun Köhnə Xudat kəndində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 80 kv.m olan 3 otağlı inzibati binanın yanar konstruksiyaları və əşyaları yanıb. Sənədlər və seyf yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed