Şrift:
Fransada qəzaya uğramış təyyarənin ikinci pilotu ilə bağlı yeni dəlillər tapılıb
27.03.2015 [18:53] - Gündəm, Hadisə
"Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsinin qəzaya uğramasının ehtimal edilən səbəbkarı Andres Lubitsan təyyarənin qəzaya uğradığı gün xəstəlik məzuniyyətində olub. Bu barədə məlumatı “TASS” yayıb.

“Reuters” agentliyinin məlumatına əsasən isə, A.Lubitsan xəstə olduğunu işlədiyi aviaşirkətin rəhbərliyindən gizlədib. Məlumatda həmçinin bildirilir ki, A.Lubitsanın hərəkətlərində siyasi və ya dini motivlər olmayıb.

Fransada çərşənbə axşamı qəzaya uğramış təyyarənin ikinci pilotu Andres Lubitsanın evində axtarış zamanı “həlledici dəlillər” aşkar edilib. Trend xəbər verir ki, bu barədə kanal N24 Düsseldorf prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.

Lakin prokurorluq bu dəlilin pilotun vida məktubu olmasını təsdiq etməkdən rəsmi olaraq imtina edib.

Bundan əvvəl də prokurorluq və polis əməkdaşları pilotun Düsseldorfdakı evində, həmçinin Mоntаbur şəhərindəki qohumlarının evində axtarışlar aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.Lubitsanın ailəsinə məxsus bəzi şəxsi əşyaları, həmçinin kompüterləri götürüb.

A.Lubitsan 6 il əvvəl dərin depressiyadan əziyyət çəkib və bununla əlaqədar müntəzəm olaraq həkim nəzarətində olub.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed