Şrift:
İrandan heroin gətirən azərbaycanlı qadın tutulub
03.04.2015 [11:20] - Gündəm, Hadisə
İrandan narkotik vasitə gətirən azərbaycanlı qadın tutulub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed