Şrift:
Bu il Azərbaycanda baş verən yol qəzalarında 223 nəfər ölüb
10.04.2015 [14:26] - Xəbərlər, Hadisə, Bildiriş
Bu il respublikada baş verən yol qəzalarında 20 uşaq dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, cari ilin ilk 3 ayında ölkə ərazisində 529 yol qəzası baş verib. Nəticədə 223 nəfər ölüb, 555 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 6 fakt, yaralı sayı 56 fakt artsa da, ölüm sayı 9 fakt azalıb.

Bu il ölkə ərazisində toqquşma səbəbində 171 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 84 nəfər ölüb, 243 nəfər yaralanıb.

Hesabat dövründə respublika ərazisində avtomobilin aşma səbəbindən 45 yol qəzası qeydə alınıb. Baş verən qəzalarda 22 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Respublika ərazisində cari ilin ilk 3 ayında piyadaların vurulması ilə nəticələnən 224 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 81 nəfər ölüb, 170 nəfər yaralanıb.

Avtobusların iştirakı ilə hesabat dövründə 29 yol qəzası baş verib. Nəticədə 12 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

Yük avtomobillərinin iştirakı ilə bu il ölkə ərazisində 25 yol qəzası baş verib. Nəticədə 15 nəfər ölüb, 17 nəfər yaralanıb.

Surət həddinin aşınması səbəbindən ölkə ərazisində 151 yol qəzası baş verib. Nəticədə 69 nəfər ölüb, 137 nəfər xəsarət alıb.

Ötmə və qarşılıqlı hərəkət zolağına çıxma səbəbindən bu il respublikada 192 yol qəzası baş verib. Nəticədə 73 nəfər ölüb, 234 nəfər isə yaralanıb.

Bu il respublikada baş verən qəzalarda 20 uşaq ölüb, 16 nəfər xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed