Şrift:
Qasırğa Təbrizdə 3 nəfərin ölümünə səbəb olub!
13.04.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Hadisə, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində güclü küləklə birlikdə şiddətli dolu yağıb, bunun nəticəsində 3 nəfərin öldüyü bildirilir. Bu barədə Şərqi Azərbaycanın təcili tibbi hadisələr mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi məlumat verib.
Həbib Hüseynqulizadə bildirib ki, 6-cı gün (şənbə günü) axşamçağı Təbrizin baytarlıq kollecinin keşikçi otağı güclü külək nəticəsində yıxılıb və otağın daxilində olan keşikçi aldığı xəsarətdən dünyasını dəyişib.

Oxşar vəziyyət Təbrizin Çavan kəndində yaranıb. H.Hüseynqulizadə bildirib ki, güclü küləklə müşayiət olunan şiddətli dolu Çavan kəndində bir sıra fəsadlara səbəb olub və iki evə ciddi ziyan vurub. Hadisə nəticəsində 12 yaşlı yeniyetmə və 27 yaşlı kişi yaralanıb. Onlar Təbrizin Şohəda və İmam Rza xəstəxanalarına aparılıb, lakin onların həyatını qurtarmaq mümkün olmayıb.

H.Hüseynqulizadə Təbrizin bəsic meydanında iki elektrik dirəyinin yıxılması və onun nəticəsində iki nəfərin xəsarət aldığını da bildirib.

Məlumata görə, ağır hava şəraiti Təbriz xiyabanlarında piyadaların hərəkətində ciddi problemlər yaradıb. Yağıntılı hava şəraitinin 2-ci günə qədər davam edəcəyi də bildirilib.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed