Şrift:
Azərbaycan avtomobil idxalını 11% artırıb
11.05.2017 [10:11] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 1 943 ədəd avtomobil idxal olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 201 ədəd avtomobil və ya 11,54% artıb.

Ölkəyə gətirilən avtomobillərin 26 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1620 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 268 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 29 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed