Şrift:
Bakı-2017: Rəsul Çunayev yarımfinalda
17.05.2017 [10:22] - Gündəm, İdman
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Azərbaycan güləşçisi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/4 finaldan qoşulub.

O, Əlcəzair güləşçisi Akrem Budjemlinlə qarşılaşıb. R.Çunayev rəqibini 8:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed