Şrift:
Fərəc Quliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib
27.06.2019 [15:26] - Gündəm, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev görkəmli alim, tədqiqatçısı, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Azərbaycan elmində, Azərbaycan tarixinin öyrənilməsində, media tarixinin araşdırılmasında, jurnalistikanın inkişafında, pedaqoq kimi yüksək təhsilli kadrların hazırlanmasında, Azərbaycan Xalq Cumhuriyyətinin eləcə onun qurucularının fəaliyyəti və irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri olan, əsl alim, əsl ziyalı, əsl müəllim və səmimiyyəti ilə soydaşlarının qəlbində əbədi iz buraxmış Şirməmməd Hüseynovun bu dünyadan köçməsi, xalqımız üçün olduqca ağır və sarsıdıcı bir itgi oldu.
Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuş, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov layiq görüldüyü rəsmi titullardan daha yüksək bir məqama sahibdir. Həmin məqamda onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Bu ağır itgi ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından bütün xalqımıza dərin hüzünlə başsağlığı verir, Şirməmməd müəllimə Allahdan rəhmət diləyirik.
Məkanı Cənnət, ruhu şad olsun!
Dərin hüzünlə, Fərəc Quliyev”
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed