Şrift:
Hindistanda ötən gün təxminən 20 min COVID-19 yoluxması qeydə alınıb
28.06.2020 [11:27] - Gündəm, Sosial
Hindistanda gün ərzində COVID-19 infeksiyasına rekord sayda - 19 min 906 yoluxma halı alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 528 min 859-a yüksəlib.

Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 410 ölüm baş verib. İndiyədək Hindistanda 16 min 95 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 58 faizinin sağaldığı bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi iyunun 30-dək uzadılıb. Bəzi ştatlar yerli vəziyyətə uyğun olaraq xüsusi karantin rejiminin iyulun 15-dək uzadılmasına qərar verib.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed