Şrift:
İyul ayında İranın vurduğu Ukrayna təyyarəsinin qara qutusunun oxunması prosesi başlanır
28.06.2020 [12:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rəsmi Paris bununla bağlı yaydığı bəyanatda qara qutunun oxunma prosesinin iyulun 20-dən başlayacağını bildirib.


Fransanın Hava Təhlükəsizliyi Məsələləri üzrə Tədqiqat Mərkəzi rəsmi Tehranın qara qutunun oxunması ilə bağlı onlara göndərdiyi sorğuya müsbət cavab verdiyini bəyan edib. Bununla da, qara qutunun oxunması işini Fransa həyata keçirəcək.


"Reuters" agentliyi isə adını açıqlamadığı kanadalı rəsmiyə istinadən bu ölkənin təyyarədə vətəndaşlarının ölməsi səbəbilə qara qutunun oxunması prosesində iştirak etmək üçün Parisi mütəxəssislər heyəti göndərəcəyi barədə xəbər yayıb.


Digər məlumatlarda isə Amerikanın da prosesə mütəxəssislər heyəti göndərəcəyi deyilir.


Qeyd etmək lazımdır ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski İranı qara qutunu vermədiyinə görə təhdid etmişdi. O bildirmişdi ki, ölkəsi bu məsələyə görə əbədi olaraq İranı gözləmək fikrində deyil və rəsmi Tehrandan beynəlxalq məhkəmələrə şikayət edəcək.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed