Şrift:
Bolqarıstanda turist avtobusu yanıb
08.09.2020 [10:38] - Gündəm, Hadisə
Ötən gecə Bolqarıstan paytaxtının kənarında yerləşən “Frakiya” avtomagistralında turist avtobusu yanıb. Ölkənin Milli Televiziyasının yaydığı məlumatda hadisənin gecəyarısı avtobusun Sofiyadan İstanbula getdiyi zaman baş verdiyi bildirilib.

TASS informasiya agentliyi xəbər verir ki, avtobusun sərnişinləri – Türkiyə vətəndaşları uğurla təxliyə olunublar. Avtobusun baqajı tamamilə yanıb. Avtomagistralda hərəkət bir neçə saat ərzində dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed