Şrift:
Gürcüstan hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hazırlaşmır
08.09.2020 [10:43] - Gündəm, Sosial
Gürcüstan hökuməti qonşu və dünya ölkələrində pandemiya ilə əlaqədar vəziyyəti diqqətlə izləyir. Görürük ki, bir çox ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyət pisləşir. Ona görə də Gürcüstan hələlik hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hazırlaşmır.

Bu sözləri Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze “İmedi” telekanalındakı çıxışı zamanı söyləyib. Nazir deyib: “Biz digər ölkələrdə dinamikanı müşahidə edirik və görürük ki, vəziyyət yaxşı istiqamətdə inkişaf etmir. Buna görə də hazırda digər ölkələr üçün sərhədlərin açılması məsələsi gündəlikdə dayanmır”.

Xatırladaq ki, Gürcüstan avqust ayından sərhədlərini Fransa, Almaniya, Latviya, Litva və Estoniya üçün açıb. Bu ölkələrə Tbilisi hava limanından həftədə 2 dəfə müntəzəm aviareyslər həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed