Şrift:
Şanlı Qələbənin sevinci: Laçınlı məcburi köçkünlər qələbə xəbərini böyük coşqu ilə qarşılayıblar
11.11.2020 [10:21] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciətində səsləndirdiyi Şanlı Qələbə xəbərini ölkəmizin bütün vətəndaşları kimi, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər də böyük coşqu ilə qarşılayıblar.

Dövlətimizin başçısının qələbə münasibətilə xalqa müraciətindən sonra laçınlılar əllərində bayraq Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına meydana axışıblar. Ümummilli lider Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə abidə kompleksini ziyarət edən məcburi köçkünlər Ordumuzu, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən şüarlar səsləndiriblər. Onlar biri-birini Böyük Qələbə münasibətilə təbrik edərək sevinclərini bölüşüblər.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed