Şrift:
Məcburi köçkün: Tezliklə uzun illərdir həsrətində olduğumuz torpaqlara qayıdacağıq
11.11.2020 [10:45] - Gündəm, Sosial
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız üçün şanlı tarix yazdı. İşğalçı Ermənistan məğlub olduğunu qəbul etdi. İmzalanan müqaviləyə görə bir neçə gündən sonra doğma yurdum Kəlbəcər azad olacaq. Tezliklə uzun illərdir həsrətində olduğumuz torpaqlara qayıdacağıq. Niyyət etmişəm, Kəlbəcərə piyada gedəcəyəm.

Bu sözləri müsahibəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Gülşən Ağayeva deyib. O bildirib ki, 27 il keçsə də doğma yurda qayıtmaq inamını itirməyib: "Aradan uzun illər keçsə də, Kəlbəcərə qayıdacağımıza hər zaman inanmışıq, bu arzu-istək ilə yaşamışıq. Şükür olsun bu günümüzə. Artıq 27 illik həsrətimiz bitir. Çox sevinirik. Sevincimi ifadə etməkdə çətinlik çəkirəm. Var olsun bu sevinci bizə yaşadan Prezidentimiz, var olsun ordumuz".
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed