Şrift:
ADRA kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
11.11.2020 [10:56] - Gündəm, Hərb
Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi prosesi davam etməkdədir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

ADRA-nın strateji inkişaf və kommunikasiya şöbəsindən bildirilib ki, agentliyin Aparatı, eləcə də Regional Reklam İdarələrinin rəhbər və işçi heyəti müzəffər ordumuza ehtiram ifadəsi olaraq könüllü şəkildə əməkhaqlarından 106755 manat ianə ediblər.

Torpaqlarımızın azad olunması və Vətənin bütövlüyü uğrunda mübarizə aparan rəşadətli ordumuz qürur mənbəyimizdir. Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda qazandığı qələbələr bütün xalqımıza ruh yüksəkliyi bəxş edir. Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed