Şrift:
Şərəf Malkoç: Naxçıvanı Azərbaycanla birləşdirən yol, eyni zamanda, türk dünyasını Mərkəzi Asiyaya bağlayacaq
11.11.2020 [11:29] - Xəbərlər, Siyasət
Naxçıvana gəlişimiz tarixi bir günə təsadüf edir. Belə ki, 30 ilə yaxındır Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı əldə olunmuş uğurlu nəticələrin Naxçıvanda həyəcan və qürurunu yaşayırıq. Xüsusilə uzun illərdir, beynəlxalq vasitəçilərin heç bir nəticə əldə edə bilmədiyi bu problemi qardaş Azərbaycan sentyabrın 27-dən başlayaraq apardığı mübarizədə özü həll etdi və Ermənistanın məğlubiyyəti Rusiya vasitəsilə bütün dünyaya yayıldı.

Bu sözləri müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Baş Ombudsman) Şərəf Malkoç deyib.

Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili qeyd edib ki, Naxçıvan Türkiyə, türk dünyası üçün çox mühüm qapıdır. Ümid edirik ki, Ermənistan işğal altında saxladıqları ərazilərdən qısa müddətdə çəkiləcək, Azərbaycan öz torpaqlarına qovuşacaq, Naxçıvanı Azərbaycanla birləşdirən yol açılacaq. Bu yolun Naxçıvan, eləcə də Azərbaycan üçün böyük iqtisadi, sosial, siyasi əhəmiyyəti var. Eyni zamanda, bu yol türk dünyasını Mərkəzi Asiya ilə birləşdirəcəkdir.

Şərəf Malkoç deyib: “Məhz belə bir gündə Naxçıvanda Ali Məclisin Sədri və naxçıvanlılarla bir yerdə olmaq bizim üçün qürurvericidir. İnanırıq ki, bu məsələnin həll olunması Qafqaza, Türkiyəyə, ümumilikdə isə bütün dünyaya sabitlik və firavanlıq gətirəcəkdir”
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed