Şrift:
Cari ilin doqquz ayında Cəlilabadda 2699 körpə doğulub
13.11.2020 [10:43] - Gündəm, Sosial
Cari ilin doqquz ayında Cəlilabad rayonunda əhalinin sayı 2 min 600 nəfər (1,14 faiz) artaraq 228 min 400 nəfərə çatıb.

Rayonda bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 158,6 nəfər olub. Əhalinin ümumi sayının 27,9 faizi və ya 63,7 min nəfərini şəhər, 72,1 faizi və ya 164,7 min nəfərini kənd sakinləri təşkil edir. Ümumi əhalinin 50,5 faizini və ya 115,3 min nəfərini kişilər, 49,5 faizini və ya 113,1 min nəfərini qadınlar təşkil edir.

Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə rayonda təbii artım ötən ilin müvafiq dövrünə nisbətən 23 nəfər çox olub.

Doqquz ayda Cəlilabadda 2699 körpə doğulub, 808 nəfər ölüm qeydə alınıb. Rayon üzrə əhalinin hər 1000 nəfərinə görə doğumun səviyyəsi 11,8 nəfər, ölümün səviyyəsi isə 3,5 nəfər təşkil edib.

Bu dövrdə rayonda bağlanmış nikahların sayı 323 nəfər və ya əhalinin hər 1000 nəfərinə 1,4 nəfər olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 277 nəfər azdır. Boşanmaların sayı isə 160 nəfər olub. Bu, əhalinin hər 1000 nəfərinə 0,7 nəfər təşkil edir.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed