Şrift:
Həftəsonu Bakıda növbəti əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
13.11.2020 [11:05] - Gündəm, Sosial
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə COVID-19-a yoluxanlarının sayında artımın olması nəzərə alınaraq noyabrın 14-15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur
Bu xəbər oxucular tərəfindən 220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed