Şrift:
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16.11.2020 [11:24] - Gündəm, Mədəniyyət
Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qədim şəhəri olan Şuşa barədə Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Şuşa həqiqətləri” videoçarxı haqqında məqalə yazıb.

“Şuşa həqiqətləri: Azərbaycan ermənilərin Qarabağda törətdikləri vəhşilikləri sənədləşdirir” sərlövhəli məqalədə Şuşanın tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdiyi vəhşiliklərdən ətraflı bəhs edilir. Qeyd olunur ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayımlanacaq material xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. Hazırda Azərbaycanın Misirdəki səfirliyi bu videoçarxı qəzetlərdə, informasiya portalları və televiziya kanallarında yayır
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed