Şrift:
UNEC-də Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələrə başlanılıb
16.11.2020 [11:38] - Xəbərlər, Mədəniyyət
Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələrə başlanılıb.

ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunub.

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC-in nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Müzakirələr UNEC-in rəsmi” Facebook” səhifəsi üzərindən canlı yayımlanır. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed