Şrift:
Türkiyənin Aralıq bölgəsində erməni terrorçuları tərəfindən 100 il əvvəl törədilən qətliamların qurbanları anılıb
16.11.2020 [16:58] - Xəbərlər, Siyasət
İğdırın Aralıq rayonunda bu bölgənin erməni terror birləşmələrindən azad edilməsinin 100-cü ildönümü münasibətilə mərasim təşkil olunub.

Tədbir Aralıq rayonunun mərkəzində Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələrinin düzülməsi ilə başlayıb.

Sonra Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aralıq bələdiyyəsinin sədri Mustafa Güzelkaya bölgənin işğalçılardan və terrorçulardan xilas edilməsi tarixindən danışıb.

Diqqətə çatdırılıb ki, erməni silahlı dəstələri Anadolunun şərqində, eləcə də Aralıq bölgəsində yerli türk-müsəlman əhaliyə qarşı amansız qətliamlar həyata keçiriblər. İllər sonra aşkar edilən kütləvi məzarlıqlar buna əyani sübutdur.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və onun silahdaşlarının tarixi missiyası yüksək dəyərləndirilib. Qeyd olunub ki, qədirbilən Türkiyə xalqı xilaskar övladlarının əziz xatirəsini hər zaman qəlbində yaşadacaqdır.
Bu xəbər oxucular tərəfindən 185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed