Şrift:
Göyçayda yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb
09.12.2020 [11:02] - Gündəm, Sosial
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 xəstəsi Tamilla Abdullayeva infeksiya daşıyıcısı olduğu üçün ev şəraitində müalicə alsa da o, digərlərinin də sağlamlığına real təhlükə yaradaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən T.Abdullayevanın olduğu yer müəyyənləşdirilərək saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Həmin şəxs barəsində Göyçay Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed