Şrift:
Naxçıvan Musiqi Kollecinin tələbələri “Qarabağ 2020” Beynəlxalq İncəsənət Müsabiqəsində uğurlu nəticələr əldə ediblər
10.12.2020 [11:07] - Gündəm, Sosial, Bildiriş
Naxçıvan Musiqi Kollecinin tələbələri Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş 6-cı “Qarabağ-2020” Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən artıq 6 ildir keçirilən yarışmanın bu il Ağdam rayonunda keçirilməsi planlaşdırılsa da, həm pandemiya, həm da müharibə ilə əlaqədar olaraq qiyabi formatda baş tutub.

“Qarabağ kuboku” yarışmasına bütün bölgələrdən, paytaxt Bakıdan, eləcə də qonşu ölkələrdən - Gürcüstan, Türkiyə, İran və başqa yerlərdən iştirakçılar qatılıb. Bu il yarışmada gücünü sınayanlar xüsusi həvəs və şövqlə çıxış ediblər. Səbəb isə bu gün Milli Ordumuzun ön cəbhədə bizə yaşatdığı Qələbə sevincləri ilə bağlıdır. Yeni nəsil gənclərimiz Qarabağ kuboku uğrunda yarışmada eyni əzmkarlığı nümayiş etdiriblər.

Yarışmanın keçirilməsində məqsədlərdən biri də uşaqdan-böyüyə hər kəsdə Vətən sevgisini daha da möhkəmləndirmək, onları daha da ruhlandırmaqdır.

Müsabiqədə “Duet” nominasiyası üzrə Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsi qarmon ixtisasının 4-cü kurs tələbəsi Adil Əliyev Tofiq Bakıxanovun “Konsert” əsəri və Orkestr alətləri şöbəsinin klarnet ixtisas üzrə 3-cü kurs tələbəsi Samral Babayev Nazim Əliverdibəyovun “Elegiya” əsəri ilə iştirak ediblər.

Müsabiqənin münsiflər heyəti yüksək ixtisaslı mütəxəssislərdən və Azərbaycanın tanınmış incəsənət xadimlərindən ibarət olub. Müsabiqənin yekun nəticələrinə əsasən Adil Əliyev II dərəcəli, Samral Babayev isə III dərəcəli diploma layiq görülüblə
Bu xəbər oxucular tərəfindən 177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed