Şrift:
Meksika pandemiyanın ikinci zirvəsindədir
11.12.2020 [10:26] - Gündəm, Sağlıq
Meksika COVID-19 pandemiyasının ikinci zirvəsindədi

Bu barədə Meksikanın səhiyyə nazirinin müavini Huqo Lopes-Qatel Ramirez bəyan edib.

Meksikada artıq ikinci gündür ki, koronavirusa yeni yoluxma hallarının sayı 11 min nəfəri ötür. Hazırda ölkədə 1 milyon 205 min 229 yoluxma faktı qeydə alınıb. 111 min 655 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Meksikada 60 mindən çox insanın avqustda koronavirusdan öldüyü bildirilir. Ölkənin səhiyyə orqanları bunu fəlakətli ssenari adlandırır. Avqust və sentyabr ayları ərzində yoluxanların sayında azalma müşahidə olunub. Oktyabr ayında yoluxan insanların sayı yenidən artmağa başlayıb.

Səhiyyə nazirinin müavininin sözlərinə görə, son həftələr ölkənin müxtəlif regionlarında, o cümlədən Mexiko şəhərində, Çhihuahua, Koahuila, Nuevo-Leon, Sakatekas, Durango, Kuretaro, Aquaskalentesdə yoluxmaların sayında artım qeydə alınıb.

Ölkənin paytaxtı Mexiko şəhərində xəstəxanaların doldurulması 76 faiz təşkil edib.

Paytaxtda COVID-19-dan 18 min 516 nəfərin öldüyü, 244 min 62 nəfərin isə yoluxduğu bildirilir.

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar hökumət ölkə əhalisini, xüsusilə də paytaxt sakinlərini pandemiyaya qarşı tədbirləri zəiflətməməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed