Şrift:
Koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan Zərdab rayon sakini tutulu
15.12.2020 [11:17] - Gündəm, Sosial
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Zərdab Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, rayon sakini 1978-ci il təvəllüdlü Məlikov Ceyhun Hamlet oğlunun COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratdığı müəyyənləşdirilib.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed