Şrift:
Oğuzda quru tütün istehsalı 333 tonadək artıb
17.12.2020 [11:20] - Gündəm, İqtisadiyyat
Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı başa çatıb. Builki mövsümdə rayonda 548,5 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 332,9 ton artıb.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması oğuzlu fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Belə ki, bu il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılaraq 269 hektara çatdırılıb. Cari mövsümdə sahələrə əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütünün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.

Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed