Şrift:
Goranboyda karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlanıb
17.12.2020 [11:24] - Gündəm, Sosial
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildiriblər ki, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən “Yurd yeri” adlı kafe aşkarlayıb. Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Həmin şəxslərdən altı nəfər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər altı nəfər barədə isə protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed