Şrift:
MDU “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfransda təmsil olunub
18.12.2020 [11:10] - Gündəm, Sosial
“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa İttifaqının Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskasın açılış nitqlərindən sonra konfransda “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının (Milli Koalisiya) yaradılması, prinsipləri, məqsədləri və perspektivləri mövzusunda təqdimat edilib.

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının əsasının qoyulduğu videokonfransda universitetin bir qrup əməkdaşı da təmsil olunub.

Qeyd edək ki, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət–özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır. Pedaqoji və inzibati-idarəetmə heyətinin İKT savadlılığının, rəqəmli bacarıqlarının artırılmasına xüsusi diqqət yetirən MDU sözügedən platformada faydalı tərəfdaşlığa böyük maraq göstərir.
Bu xəbər oxucular tərəfindən 99 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed