Şrift:
Abşeronda yol qəzası zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib
21.12.2020 [11:29] - Gündəm, Hüquq
Abşeron rayonunda yol–nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəsarət alanlar olub.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1991-ci il təvəllüdlü Aslanov Ruslan Abbasəli oğlu və 1998-ci il təvəllüdlü Tanrıverdiyev Ruslan Rasim oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Aslanova qapalı kəllə-beyin travması, sağ bud və sağ solun sınıqları, R.Tanrıverdiyevə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Polis hadisənin baş vermə səbəbini araşdırır.
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed