Şrift:
Kolumbiya COVID-19 əleyhinə 40 milyon vaksinin alındığını açıqlayıb
22.12.2020 [10:33] - Gündəm, Sağlıq
Kolumbiya hökuməti 2021-ci ildə əhalinin immunizasiyasının başlanması üçün ümumilikdə 20 milyon doza COVID-19 əleyhinə vaksinin alınması barədə “Pfizer” və “AstraZeneca” əczaçılıq şirkətləri ilə müqavilə imzalayıb.

Daha 20 milyon dozanın COVAX beynəlxalq mexanizmi çərçivəsində əldə edilməsi planlaşdırılır.

Kolumbiya Prezidenti İvan Duke, vaksinlərin gələn ilin əvvəlində gələcəyini, kütləvi vaksinasiyanın isə fevral ayında başlayacağını bildirib.

Kolumbiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, 50 milyona yaxın əhalisi olan ölkədə koronavirusdan 40 475 nəfər vəfat edib, yoluxanların sayı 1 507 222 nəfər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed