Şrift:
40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb
22.12.2020 [10:44] - Gündəm, Sosial
40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.

Krallıqda koronavirusun yeni növünün yayılmasından sonra Fransa, Belçika, Almaniya, Danimarka, Avstriya, İtaliya, Bolqarıstan, Çexiya , Rumınıya, İsveç, Estoniya, Litva, Latviya , Kanada, Küveyt, Səudiyyə Ərəbistanı, Salvador, Rusiya və Hollandiya kimi ölkələr Britaniyaya olan uçuşları dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadakı üzv ölkələrə tədbirləri artırmağı məsləhət görüb.

Fransa Britaniya ilə sərhədini 48 saatlıq bağlayıb, bu müddət ərzində uçuşlardan başqa, Dover limanından da heç bir yük maşını və ya gəmi çıxa bilməz.

Baş nazir Boris Conson, Fransa prezidenti Emmanuel Makron ilə aralarında danışıq olduğunu və hər iki tərəfin də problemi ən qısa müddətdə həll etmək istədiklərini söyləyib. Həmçinin hökumətin fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edən Baş nazir ticarət axınında heç bir problemin yaşanmaması üçün çalışdıqlarını bildirib.

Qeyd edək ki, yeni mutasiya və ölkənin cənub-şərqində və Londonda sürətlə yayılıb. Yeni növ koronavirusun əvvəlkindən 70 faiz daha yoluxucu olduğu müəyyənləşib.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed