Şrift:
İkinci Qarabağ döyüşlərində könüllü iştirak edən Fərid Atazadə ilə onlayn görüş təşkil edilib
23.12.2020 [11:55] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi İkinci Qarabağ döyüşlərində könüllü iştirak edən Fərid Atazadə ilə onlayn görüş təşkil edib.

Kitabxanadan bildirilib ki, görüşdə xalqımıza qələbə sevincini yaşadan igidlərimizdən olan, Bakı Humanitar Kollecinin tar müəllimi Fərid Atazadə izləyicilərin suallarını cavablandırıb və tarda musiqi nümunələri ifa edib. O, həmçinin qələbə sevincini izləyicilərlə bölüşüb.

Qeyd edək ki, Fərid Atazadə 1995-ci ildə Bərdə rayonunun Şirvanli kəndində dünyaya göz açıb. 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini daxil olub və 2015-ci ildə həmin kolleci bitirib. Daha sonra hərbi xidmətə yollanın, hərbi xidmətdən tərxis olunduqdan sonra 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olub. Hazırda Bakı Humanitar Kollecində tar müəllimi kimi fəaliyyət göstərir. Bir çox respublika müsabiqələrinin laureatıdır.

Fərid Atazadə 2020-ci ildə Makedoniyada beynəlxalq müsabiqədə ölkəmizi təmsil edib. 25 ölkədən 450 iştirakçının qatıldığı müsabiqədə 1-ci yerə layiq görülüb.

O, Bəhruz Zeynalov və Xalq artisti Möhlət Müslümovdan dərs alıb.

Onlayn görüşü izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.instagram.com/tv/CJES-uKBPDF/?igshid=5vi89m15b89u
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed