Şrift:
Fransada üç jandarm öldürülüb, biri yaralanıb
23.12.2020 [12:11] - Gündəm, Hüquq
Fransada 48 yaşlı kişinın açdığı atəş nəticəsində jandarmeriyanın üç əməkdaşı həlak olub, biri isə yaralanıb.

BFMTV telekanalına istinadla xəbər verir ki, Fransa prokurorluğunun məlumatına əsasən, insident dekabrın 23-nə keçən gecə Pyui-de-Dom departamentinin Amber kommunasında baş verib.

Polislər məişət zorakılığı barədə müraciətə əsasən hadisə yerinə gəlib. Onlar qadına evin damından düşməyə kömək edən zaman 48 yaşlı kişi tərəfindən atəşə tutulub. KİV-lərin məlumatına görə, cinayətkar qaçıb gizlənməyə nail olub.

Fransanın daxili işlər naziri Jerald Darmanen atəş açan şəxsin bir qədər əvvəl ölü tapıldığını deyib. Nazirin hadisə yerinə yollandığı bildirilir.

Hələlik digər təfərrüatlar açıqlanmır.
Bu xəbər oxucular tərəfindən 2185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed