Şrift:
"Milan" klubu “Latsio” üzərində qələbədən sonra qış fasiləsinə lider kimi yollanıb
24.12.2020 [10:07] - Gündəm, İdman
Dekabrın 23-də futbol üzrə İtaliya A Seriyasının 14-cü turunun mərkəzi qarşılaşması keçirilib.

Turnir cədvəlinin lideri “Milan” öz meydanında “Latsio” komandasını qəbul edib.

“San Siro” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Milan”nın heyətində Ante Rebiç (10), Hakan Çalxanoğlu (17), Teo Hernandes (90), “Latsio”nun heyətində isə Luis Alberto və Ciro İmobile fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 34-ə çatdıran “Milan” turnir cədvəlində birinci yerdə qərarlaşıb və qış fasiləsinə lider kimı yollanınb.

“Latsio” isə 21 xalla 8-ci yerdə qərarlaşıb.

“Milan”nın əzəli rəqibi, ikinci pillədə qərarlaşan “İnter” səfərdə “Verona” komandasını 2:1 hesabı ilə məğlub edib.

Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Napoli” - “Torino” - 1:1;

“Bolonya” - “Atalanta” - 2:2;

“Udineze” - “Benevento” - 0:2;

“Roma” - “Kalyari” - 3:2;

“Sampdoriya” - “Sassuolo” - 2:3;

“Spezia” - “Cenoa” - 1:2;

“Yuventus” - “Fiorentina” - 0:3.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed