Şrift:
“Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı çapdan çıxıb
29.12.2020 [11:46] - Xəbərlər, Kitab evi
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, kitab görkəmli ədəbiyyatşünas alim və publisist, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 90 illik yubileyinə töhfə olaraq çap edilib. “Sənətkarın elmi pasportu seriyası”nın 17-ci nəşri olan “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı institutun Elmi şurasının qərarı ilə çap edilib.

Kitabın elmi redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Rəhim Əliyevdir.

Monoqrafiyada professor Teymur Əhmədovun həyatı və mühitinə, elmi və bədii yaradıcılığına ümumi nəzər yetirilib. Tədqiqatın birinci, ikinci, üçüncü və dördüncü fəsillərində görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dramaturgiya və nəsri, publisistikası və ədəbi-tənqidi görüşlərinə elmi-nəzəri baxış ifadə olunub. Beşinci fəsildə Teymur Əhmədov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı kimi diqqət obyektinə çəkilib. Monoqrafiyada onun milli mətbuat tarixi və jurnalistika sahəsində fəaliyyətindən də bəhs olunur.
Bu xəbər oxucular tərəfindən 2137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed