Şrift:
Britaniyada son 24 saatda koronavirusdan 1041 nəfər həyatını itirib
07.01.2021 [10:50] - Gündəm, Sosial
Böyük Britaniyada son 24 saat ərzində 1041 koronavirus xəstəsi həyatını itirib. Bu aprel ayından bəri ən yüksək gündəlik göstəricidi

Yerli KİV-lərə istinadla xəbər verir ki, 62 min 322 yeni yoluxma faktı qeydə alınıb.

Ölkədə artan koronavirus hadisələrinə nəzarət etmək üçün yanvarın 5-dən etibarən karantin rejimi daha da sərtləşdirilib. Krallıqdakı bütün ticarət mərkəzləri, mağazalar, restoranlar, idman obyektləri və məktəblər bağlanıb.

Məhdudiyyətlərin fevralın ortalarına qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyada dekabr ayının əvvəlindən “Pfizer-BioNTech” şirkətinin, yanvarın 4-dən isə “Oksford-AstraZeneca” tərəfindən hazırlanan peyvəndlərin istifadəsinə başlanılıb.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed