Şrift:
Gürcüstan COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir
11.01.2021 [12:09] - Gündəm, Sosial
Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Çin istehsalı olan peyvənd almaq niyyətindədir.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tengiz Tsertsivadze televiziyadakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Çində COVID-19-a qarşı peyvəndin beş növü var və Gürcüstan onlardan birini almağı planlaşdırır.

Mərkəzin rəhbəri deyib: “Dünyada Çin peyvəndinin reytinqi kifayət qədər yüksəkdir. Çin peyvəndi yüksək etibarlılığa sahibdir. Eyni zamanda, çinli mütəxəssislər virusun strukturunu və mənşəyini daha yaxşı bilirlər”.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed