Şrift:
Bakıda karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkarlanıb
11.01.2021 [12:22] - Gündəm, Hüquq
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şeş-Beş” kafesini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, obyektin fəaliyyəti dərhal dayandırılıb. Obyektə baxış zamanı kafenin sahibi vətəndaş Anar Abdullayev və daha beş müştəri saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimələniblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed