Şrift:
Xocalı faciəsi insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir
24.02.2021 [11:56] - Xəbərlər, Siyasət
Erməni qəsbkarlarının 29 il əvvəl şaxtalı fevral gecəsində Xocalıda törətdikləri vəhşilik və vandalizm aktı bəşəriyyətin genosid kimi tanıdığı Xatın, Xolokost kimi faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Bu faciə tariximizin ən qanlı səhifəsidir.

Bu fikirlər Balakən rayon Heydər Əliyev Mərkəzinin və İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar keçirilən “Tarixin Xocalı xəcaləti” adlı videokonfransda səsləndirilib.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonları və Mingəçevir şəhər Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının, məktəblilərin iştirak etdiyi tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva açaraq, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu bildirib.

Videokonfransda Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, bölgədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktor və əməkdaşları çıxış edərək, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.

Tədbirin sonunda Xocalı həqiqətlərini özündə əks etdirən film nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed